Paşinyanla ailəsi koronavirusa yoluxdu

pasinyanla-ailesi-koronavirusa-yoluxdu
Oxunma sayı: 2811

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumət rəhbərinin özü feysbuk hesabında canlı yayımda məlumat verib. 

Paşinyan test nəticələrinin pozitiv çıxdığını açıqlayıb: “Dünən məlum oldu ki, koronavirus infeksiyası üçün verdiyim test pozitiv olub. Heç bir simptomum yox idi, amma səfərə getməli olduğum üçün testdən keçməyə qərar verdim. Bütün ailə üzvlərinin test nəticələri müsbət çıxdı. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

Baş Nazir pandemiyaya bir ofisiantdan yoluxduğunu söyləyib: “Ehtimal edirəm ki, iş toplantısı zamanı koronavirusa yoluxmuşam. Bildiyiniz kimi, bu cür iclaslarda masaya su ilə stəkan qoyurlar. Bizə qulluq edən şəxsin əlcək geymədiyini gördüm. Yerindəcə ona stəkanı dəyişdirməyi təklif etdim”.

Daha sonra o, ofisiantda COVID-19 aşkarlandığını söyləyib. 

Bundan əlavə Paşinyan işinə iqamətgahında davam edəcəyini qeyd edib.