“Paşinyan Kremldə özünü müftəxor kimi aparır”

“Paşinyan Kremldə özünü müftəxor kimi aparır”
Oxunma sayı: 2077

“Paşinyan Kremldəki danışıqlarda özünü tərəfdaş kimi yox, müftəxor kimi aparır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko teleqram-kanalında yazıb. “Ondan soruşmaq istəyirəm: İşləməyə çalışmısan?” yazan Korotçenko sözlərini belə davam etdirib:

“Vecsiz insanlar kütləsi Yerevanda dolaşır, mitinqlər keçirir, işləmək istəmirlər. Rusiya isə onlara dotasiya ayırmalı, güzəştli şərtlərlə kredit verməli, silah tədarük etməli, təhlükəsizliyi təmin etməlidir. Bəlkə onlara rus general-qubernatoru lazımdır?”.