Paşinyan Makronla sülh müqaviləsindən danışdı

pasinyan-makronla-sulh-muqavilesinden-danisdi
Oxunma sayı: 1858

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada rəsmi səfərdədir.

“Qafqazinfo” Ermənistan hökumətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Baş nazirin Fransa Prezidenti Emmanuel Makronla görüşü baş tutub.

Qeyd olunub ki, Paşinyan görüş zamanı sülh müqaviləsi layihəsindən danışıb. Bildirib ki, sənəddə nəzərdə tutulan bəndlərin 80%-i artıq razılaşdırılıb.

Baş nazir onu da deyib ki, ölkəsi suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır.