Paşinyan Mişellə Qarabağı müzakirə etdi

pasinyan-miselle-qarabagi-muzakire-etdi
Oxunma sayı: 2896

Fransanın paytaxtı Parisdə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş keçirilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Bildirilir ki, tərəflər görüş zamanı Qarabağdakı vəziyyəti, eləcə də Ermənistan-Aİ əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Paşinyan martın 9-u Parisə səfər edib. O, səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşəcək və “Ambisiya: Ermənistan-Fransa” forumunda iştirak edəcək.