Paşinyan nazirlərə peyvənd olunmağı tapşırdı

pasinyan-nazirlere-peyvend-olunmagi-tapsirdi
Oxunma sayı: 1346

Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan koronavirus əleyhinə peyvənd olunanların faiz nisbətinin utancverici dərəcədə aşağı olduğunu və hökumət üzvlərinə bir həftə ərzində peyvənd olunmalarına dair göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan bu barədə parlament iclası zamanı bildirib.

“Gəl, özümüzdən başlayaq. Salondakıların hamısının bir həftə içində koronavirusa qarşı peyvənd olunacağı ilə bağlı razılığa gələk”,- deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə peyvənd olunanların sayı cəmi 2690 nəfər təşkil edir.

“İndi peyvənd olunan vətəndaşların göstəricisi ölkənin bütün mənalarda - iqtisadi, sivil, siyasi keyfiyyətinin bir göstəricisidir”,- deyən Paşinyan mövcud göstəricilərin Ermənistan üçün utancverici olduğunu bildirib.