Paşinyan ofisinin məlumat bazasına kiberhücum - 2,5 milyon dollar istəyirlər

pasinyan-ofisinin-melumat-bazasina-kiberhucum
Oxunma sayı: 1340

Rusiyanın haker qruplarından biri iddia edir ki, onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın ofisinin məlumat bazasına - FTP transfer sistemi vasitəsilə kiberhücum ediblər.

“Qafqazinfo xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Onlar hökumətdən 48 saat ərzində 2.5 milyon dollar vəsait tələb ediblər.

Onu da qeyd ediblər ki, əks halda dövlətin məlumatları məhv ediləcək.

Ermənistan höküməti hələlik məsələ ilə bağlı suallara cavab verməyib.

Qeyd olunub ki, bir neçə ay əvvəl eyni haker qrupu bir sıra yerli saytların, Ermənistan Prezidentinin, Baş nazirinin və hüquq-mühafizə orqanlarının bazasına hücum ediblər.