Paşinyan ölən hərbçilərin sayının artacağını proqnozlaşdırdı

pasinyan-olen-herbcilerin-sayinin-artacagini-proqnozlasdirdi
Oxunma sayı: 2864

“Hazırda müharibədə ölənlərin rəsmi təsdiqlənən sayı 3700 nəfərdir”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı tərəfdarları ilə görüşündə deyib.

O bildirib ki, bu rəqəm 4 minədək yüksələ bilər: “Düşünürük ki, bu rəqəm 4 min nəfərə çatacaq”.