“Paşinyan ölkə təhlükəsizliyini təmin etmək iqtidarında deyil”

pasinyan-olke-tehlukesizliyini-temin-etmek-iqtidarinda-deyil
Oxunma sayı: 1230

Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir, buna görə də onu Vətənin müdafiəsi ilə məşğul olacaq peşəkarlar komandası əvəz etməlidir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Yerevanda hökumət bağı qarşısındakı etiraz aksiyasında iştirak edən Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

“Bu adam (Ermənistan Baş naziri-red.) bizim təhlükəsizliyimizi təmin etmək iqtidarında deyil”, - o deyib.

Qeyd edək ki, Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” və tərəfdarları Baş nazir Nikol Paşinyanın Sünikə (Zəngəzur) səfərinə cavab olaraq, hökumət bağı qarşısında etiraz aksiyası təşkil edib.