Paşinyan Putinlə bağlı bu suala cavab verdi

pasinyan-putinle-bagli-bu-suala-cavab-verdi
Oxunma sayı: 5089

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfər edəcəyi halda mümkün həbsi ilə bağlı sualı cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Paşinyan İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olması səbəbindən Putinin mümkün həbsi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu qərarları o vermir: “2018-ci ildən sonra Ermənistanda məhkəmə sistemində ciddi islahatlar başlayıb və bu sahədə böyük irəliləyiş qeydə alınıb. Ölkəmizdə kimin həbs olunub, kimin həbs olunmamasına baş nazir qərar vermir”.