“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

pasinyan-qalstanyanin-butun-addimlarini-sexsen-izleyir
Oxunma sayı: 2673

“Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. 

“Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir”, - deyə qəzet yazıb.

Bildirilir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə göstərişlər verir.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.