Paşinyan Rəisi və bu rəsmilərlə danışdı - Yenilənib

pasinyan-reisi-ve-bu-resmilerle-danisdi
Oxunma sayı: 5270

Ermənistan Baş naziri Nikol Paşinyan Aİ Şurasının Prezidenti Şarl Mişelə zəng edib.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, telefon danışığı zamanı Paşinyan sərhəddəki vəziyyətlə bağlı Ş.Mişelə ətraflı məlumat verib.

Şarl Mişel telefon danışığı zamanı regionda sülhə, stabilliyə alternativin olmadığını və gərginliyin daha da artmasının qarşısını almaq üçün səylərini davam etdirməyə hazır olduqlarını vurğulayıb.

***

N.Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

İ.Rəisi söhbət zamanı bildirib ki, İran regionda vəziyyətin inkişafını diqqətlə izləyir.

***

Ermənistan Baş naziri Nikol Paşinyan və gürcü həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə olunub.

Qaribaşvili regionda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, Gürcüstan bunun üçün səylərini əsirgəməyəcək.