Paşinyan rusiyalı generalla sərhəddəki vəziyyəti müzakirə etdi

pasinyan-rusiyali-generalla-serheddeki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 2247

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu ölkədə səfərdə olan Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstratovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Paşinyanla İstratov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.