Ermənistanın baş naziri Nikol Paşinyan 11-17 iyun tarixlərində Rusiyaya səfər etməyi planlaşdırır.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan bildirib.
Məlumatı Paşinyanın mətbuat xidmətinin rəhbəri Arman Eqoyan da təsdiqləyib.
Onun sözlərinə görə, erməni nazir iyunun 14-də Moskvanın “Lujniki” stadionunda futbol üzrə Dünya çempionatının açılış mərasimində iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər