Paşinyan Rusiyaya getdi

pasinyan-rusiyaya-getdi
Oxunma sayı: 2453

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərə yollanıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.

Paşinyan səfər çərçivəsində Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcək.

Onun Rusiyaya səfəri iki gün davam edəcək.