Paşinyan sabah İrana gedir

pasinyan-sabah-irana-gedir
Oxunma sayı: 2547

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edəcək.

“Qafqazinfo” “Aysor.am”a istinadən xəbər verir ki, səfər avqustun 5-i baş tutacaq. 

Ermənistan hökumətinin yaydığı məlumata görə, N.Paşinyan səfəri çərçivəsində İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək. 

Paşinyan həmçinin İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək.