Paşinyan seçkilərlə bağlı yenidən müxalifətə səsləndi

pasinyan-seckilerle-bagli-yeniden-muxalifete-seslendi
Oxunma sayı: 1751

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət əleyhdarları razı olarsa, bu il növbədənkənar parlament seçkiləri keçirməyə hazır olduğunu təsdiqləyib və bu məsələnin müzakirəsi üçün müxalifət nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onun sözlərinə görə, müxalifətlə razılaşmaq sosial həmrəyliyi bərpa etmək üçün lazımdır.

“Əgər parlament müxalifətindəki partnyorlarımız təklifimizi qəbul edərsə, 2021-ci il ərzində, dediyim kimi, razılaşdırılmış vaxt çərçivəsində erkən seçkilər keçirəcəyik. Biz bu addımları “hər şeyə rəğmən” atmaq istəmirik. Seçkilər ictimai həmrəyliyi bərpa etmək üçün bir vasitədir, həmvətənlərimizə öz mövqelərini ortaya qoymaq imkanı verəcək. Hökumət və siyasi qüvvələr seçkilərin azad, ədalətli və qanuni keçirilməsinə zəmanət verməlidir”, - deyə Paşinyan qeyd edib.

O əlavə edib ki, artıq bununla bağlı dəvət göndərib və yaxın vaxtlarda sözügedən məsələnin müzakirəsi üçün parlament müxalifətinin rəhbərləri ilə görüşmək niyyətindədir.