Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Paşinyan öz teleqram kanalında paylaşıb.
Onun sözlərinə görə, iclas zamanı ölkənin Silahlı Qüvvələrində cari islahatlar, vahid avtomatlaşdırılmış idarəetmə sisteminə keçid, eləcə də bioloji təhlükəsizliyə dair məsələlər müzakirə edilib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının sonuncu iclası fevralda baş tutub.