Paşinyan və xanımı koronavirus testindən keçəcəklər

pasinyan-ve-xanimi-koronavirus-testinden-kececekler
Oxunma sayı: 2434

Ermənistan Baş Naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan Braziliya Prezidenti Jair Bolsonarunun koronavirusa yoluxma ehtimalı səbəbindən Sevanda təcrid olunublar. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə hökumət başçısı Feysbukda açdığı canlı efir zamanı danışıb.

Hökumət başçısı xatırladıb ki, bir neçə gün əvvəl həyat yoldaşı ilə bərabər Braziliyada səfərdə olub və martın 7-də bu ölkənin prezidenti, birinci xanımı ilə görüşüb.

“Braziliya Prezident Aparatının təkzibindən sonra mən əminəm ki, testin cavabı mənfi olacaq. Bununla belə, səhər (14 mart – red.) biz Anna ilə koronavirus testindən keçəcəyik”, - Paşinyan deyib.