“Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində yeni vəziyyət formalaşıb”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan feysbukda canlı yayımda Azərbaycan Prezidenti İlham Əliyevlə Vyanada baş tutumuş ilk rəsmi görüşü şərh edərkən bildirib.
O, bu tip görüşlərin bir tərəfin qələbəsi, digərinin məğlubiyyəti kimi dəyərləndirilməməli olduğunu qeyd edib: “Çox qəribədir ki, ölkə liderləri bir neçə saat görüş keçirəndən sonra diametral zidd şərhlər səsləndirilir. Mənim ilkin təəssüratım belədir ki, bizim təkliflərimizə qarşılıq verildi. Həm mən, həm Azərbaycan Prezidenti görüşü pozitiv dəyərləndirdik”.
Paşinyan Vyanadakı müzakirələrin Xankəndidə Ermənistan və qondarma Qarabağın təhlükəsizlik şuralarının iclasında dedikləri (Qarabağın danışıqlarda birbaşa iştirakı) əsasında aparıldığını deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi formatın dəyişdirilməsi məsələsini ortaya qoymayacaq.
.jpg)
Erməni nazir həmişəki kimi qərəzli şəkildə bildirib ki, guya, Bakı son zamanlar həmsədrlərin birgə bəyanatının çərçivəsindən kənara çıxan şərhlər verir:
“Biz Vyanaya Xankəndini danışıqlara qaytarmaq gündəmi ilə getmişdik. Və bu, formatın dəyişdirilməsi və ya hər hansısa şərt demək deyil. Bu, sadəcə danışıqları daha effektiv etmək cəhdidir. Azərbaycan deyir ki, format dəyişməz olaraq qalıb. Qarabağın iştirakını vurğulayarkən, biz, ümumiyyətlə, format dəyişikliyindən söhbət etmirdik”.
Onun sözlərinə görə, danışıqlar bundan sonra da ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində aparılacaq:
“Vyanada Qarabağın birbaşa iştirakı məsələsi müzakirə edildi, biz ciddi arqumentlər gətirdik. Tərəflər razılığa gəlmədi, amma bu məsələyə yenidən qayıdacağıq. İş ondadır ki, 1998-ci ildən danışıqlar prosesində Qarabağ qeyri-rəsmi olaraq Ermənistan prezidentlərinin simasında təmsil olunub. Mən onlardan fərqli olaraq Qarabağın lideri olmamışam və onun adından danışa bilmərəm”.
Nikol Paşinyan Vyanada keçirilən görüşdə Madrid prinsiplərinin şərh olunması məsələsinin də qaldırıldığını söyləyib: “Hazırkı mərhələdə erməni tərəfi onu maraqlandıran bütün suallara cavabını alıb. Bu da məlumdur ki, bir görüşə bütün sualları aydınlaşdırmaq mümkün deyil”.
Son xəbərlər
Son Xəbərlər