Ermənistan baş naziri Nikol Paşinyanın göstərişi ilə onun yaxın qohumuna qarşı cinayət işi açılıb. “Qafqazinfo”nun məlumatına görə, o, bu barədə feysbuk hesabında məlumat verib.
Paşinyan sözügedən şəxsin vəzifəsindən sui-istifadə etdiyini bildirib:
“Sizdə mazoxist olduğuma dair fikir yaratmaq istəmirəm, lakin bildirim ki, mənim göstərişimlə yaxın qohumuma qarşı vəzifəsindən sui-istifadə ittihamı üzrə cinayət işi açılıb. Şübhəsiz ki, iş tam araşdırılacaq və günahkar qanun çərçivəsində cəzalandırılacaq. Bu, yeni Ermənistandır və baş nazirin qohumu qanundan üstün ola bilməz”.
Ermənistan Baş Prokurorluğu N. Paşinyanın bu açıqlamasını təsdiqləyib. Qurumun mətbuat katibi Arevik Xaçatryan Təhlükəsizlik Xidmətində baş nazirin yaxın qohumu barədə cinayət işi başlandığını bildirib.
Son xəbərlər
Son Xəbərlər