Paşinyana qarşı aksiyaya “hədiyyə” gətirdilər

pasinyana-qarsi-aksiyaya-hediyye-getirdiler
Oxunma sayı: 2244

Ermənistanın paytaxtı İrəvanda tələbələr hökumət binasının qarşısında etiraz aksiyası keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 

Tələbələr özləri ilə ölkənin Baş naziri Nikol Paşinyana “hədiyyə” gətirdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, “hədiyyə”yə zəruri məhsullar qoyulub. 

“Biz ona düşəcəyi həbsxanada mütləq lazım olacaq zəruri tələb olunan məhsullar gətirmişik”, - deyə aksiya iştirakçılarından biri söyləyib. 

Aksiya iştirakçıları “hədiyyə”ni hökumət binasının qarşısına qoymağa başladıqda polis iştirakçıları polis bölməsinə aparmağa başlayıb. Bunun ardınca tələbələr aksiyanı dayandırıb. 

Qeyd edək ki, ölkənin müxalif “Ermənistan” bloku aprelin 25-dən İrəvandan etiraz aksiyaları keçirməyə başlayıb. Aksiyalar əsas olaraq Nikol Paşinyanın siyasətinə etiraz olaraq təşkil edilir.