Paşinyandan Covid-19 testinin nəticələrini yaymaq tələb olundu

pasinyandan-covid-19-testinin-neticelerini-yaymaq-teleb-olundu
Oxunma sayı: 2026

Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasından millət vəkili Qevork Petrosyan Baş Nazir Nikol Paşinyandan koronavirus testinin nəticələrini dərc etməyi tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.

“Mənim vətəndaş olaraq düzgün idarəetməyə hüququm var. Hər şey qarışıb... Baş Nazir xəstədir, yoluxub... Ermənistan vətəndaşı olaraq seçdiyim nazirin 24 saat ərzində onun koronavirusa yoluxduğunu təsdiq edən tibbi arayışı yaymasını tələb edirəm”, - deyə Petrosyan bildirib.

Onun sözlərinə görə, heç kəs bunun şəxsi məlumat olduğunu deməsin, çünki Paşinyan özü yoluxduğu barədə məlumatı yayıb.

Xatırladaq ki, iyunun 1-də Paşinyan və ailə üzvlərinin koronavirusa yoluxduğu elan edilmişdi. Baş nazir Covid-19-a ofisiantdan yoluxa biləcəyi ehtimalını irəli sürmüşdü. Paşinyan səlahiyyətlərinin icrasını müvəqqəti olaraq başqasına verməmiş, iqamətgahından işinə davam edəcəyini bildirmişdi.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan”la hakimiyyət arasında münasibət partiya rəhbəri Qaqik Tsarukyanın Ermənistanda rəhbərliyin bütün sahələrdə 100% dəyişilməli olduğunu deməsindən sonra gərginləşib.