Paşinyandan Ərdoğanla görüş barədə - Açıqlama

Paşinyandan Ərdoğanla görüş barədə
Oxunma sayı: 7340

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Praqada görüşəcəyini istisna etməyib.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan İctimai Televiziyasına müsahibə verən Paşinyan bu görüşün təsdiqlənmədiyini də əlavə edib.

"Biz belə bir görüşü istisna etməmişik, lakin bu, onun baş tutacağı anlamına gəlmir. Bu, bir sıra hallarla bağlıdır. Görüşü istisna etmirəm, lakin hələ ki təsdiqini tapmayıb", - deyə Paşinyan müsahibəsində bildirib.

Paşinyan Aİ-nin Praqada keçiriləcək sammitində iştirak edəcəyini qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın əvvəlində Praqada görüşə biləcəyini bildirmişdi.