Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma
Oxunma sayı: 7488

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə keçirilən iclasda erməni ictimaiyyətində səs-küy doğuran açıqlamalar verib. 

“Qafqazinfo” xəbər verir ki, müxalifətçi millət vəkili Naira Zohrabyanın Şuşanı itirmədən müharibəni bitirməyin mümkünlüyü ilə bağlı sualını cavablandıran Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib.

“Müzakirə prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdə tutmayan bir seçim yox idi. Bundan əlavə, birinci müharibəyə qədər Şuşa əhalisinin 90%-i azərbaycanlılar idi. Yəni, siz demək istəyirsiniz ki, əhalisinin 90%- dən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?”,- deyə Paşinyan vurğulayıb.

Hökumət rəhbəri həmçinin qeyd edib ki, müharibəni daha kiçik ərazi itkiləri ilə bitirmək mümkün olmayıb.

“Müharibəni daha kiçik ərazi itkiləri ilə dayandırmaq üçün heç bir yolumuz yox idi. Bu, bir mifdir. Müharibəni dayandırmaq üçün addım atmadığımız da bir mifdir”,- deyə o, sözlərinə əlavə edib.