Paşinyandan sonra Baş Qərargah rəisi və digər yüksək vəzifəlilər də COVID-19-a yoluxdu

pasinyandan-sonra-bas-qerargah-reisi-ve-diger-yuksek-vezifeliler-de-covid-19-a-yoluxdu
Oxunma sayı: 1569

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Silahlı Qüvvələrin digər yüksək vəzifəli nümayəndələri koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “İctimai” telekanalı yayıb.

Sözügedən şəxslərin koronavirusa yoluxması səbəbindən Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü ilə əlaqədar yanvarın 28-də keçirilməsi planlaşdırılan rəsmi qəbul təxirə salınıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da yenidən koronavirusa yoluxub.