Paşinyanın arvadı bu dəfə ABŞ-a uçdu

pasinyanin-arvadi-bu-defe-abs-a-ucdu
Oxunma sayı: 4302

Bu gecə Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ-a yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Anna Akopyanın Yerevan-Doha-Los-Anceles reysi ilə Amerikaya uçduğu bildirilir.

Xatırladaq ki, bu yaxınlarda Paşinyanın həyat yoldaşı ilə qızlarının Moskvadan fotoları yayılmışdı. Onların Moskvada yaşamaq üçün mənzil axtarışına çıxdıqları qeyd olunurdu. Bundan başqa, Anna ilə qızları Moskvada dəbdəbəli şam yeməkləri və bahalı içkiləri ilə gündəmə gəlmişdilər.