Paşinyanın çıxışından sonra Ermənistanda aksiya keçirilir - Video+Yenilənib

pasinyanin-cixisindan-sonra-ermenistanda-aksiya-kecirilir
Oxunma sayı: 8359

Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışından sonra Ermənistan parlamentinin və hökumət evinin binaları qarşısında etiraz aksiyaları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Parlamentin yaxınlığında keçirilən aksiya zamanı mitinqçilər Baqramyan prospektini bağlayıb, nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, bu gün Ermənistan hökumətinin başçısı Nikol Paşinyan parlamentdə bəyan edib ki, erməni tərəfi müəyyən sənəd imzalamaq niyyətindədir, ondan sonra çoxları yəqin ki, onu satqın elan edəcək.

***

Aksiyaçılar parlament binasına daxil olublar. Onlar Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər.