Paşinyanın diplomatik pasportu oğurlanıb

pasinyanin-diplomatik-pasportu-ogurlanib
Oxunma sayı: 2626

Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu oğurlanıb.

"Qafqazinfo" xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

Onun sözlərinə görə, sənəd ötən ilin 10 noyabrında ölkə hökumətinin binasına soxulan şəxslər tərəfindən oğurlanıb. Qurum rəsmisi bildirib ki, ümumilikdə hökumət binasından 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.