Paşinyanın iqamətgahı yaxınlığında mikroavtobus yanıb

pasinyanin-iqametgahi-yaxinliginda-mikroavtobus-yanib
Oxunma sayı: 727

Ermənistanın Baş naziri Nikol Paşinyanın iqamətgahı yaxınlığında “Ford Transit” markalı mikroavtobus yanıb.

“Qafqazinfo” xəbər verir ki. bu barədə TASS ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

“Saat 18.43-də Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin növbətçi pultuna Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb olunub”, - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunur ki, yanğın söndürülüb.