Paşinyanın istefası üçün lazım olan iclas baş tutmadı

pasinyanin-istefasi-ucun-lazim-olan-iclas-bas-tutmadi
Oxunma sayı: 3941

Baş nazir Nikol Paşinyanı istefaya göndərmək üçün Ermənistan parlament şurasının fövqəladə iclasını keçirməkdən ötrü lazım olan kvorum toplanmayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu parlamentin müxalifət fraksiyasından olan vitse-spiker Vaqe Enfiadcyan deyib.

Yerevanda keçirilən kütləvi etiraz aksiyaları zamanı Nikol Paşiynaın gecə yarısınadək istefası tələb olunmuş və bunun üçün parlamentin növbədənkənar iclasının keçirilməsi tələb edilmişdi.

“Reqlamentə əsasən, 2 saat ərzində deputatlar parlamentin iclasını təşkil etməli idilər. Ancaq 10 şura üzvündən cəmi 7-nin iştirakı təmin edilib. İclasın baş tutması üçün 3 şura üzvü çatmayıb”, - deyə vitse-spiker bildirib.