İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejinin iştirakı ilə ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, Paşinyanın kortejində olan “Toyota Prado” markalı avtomobil 28 yaşlı Sona Mnatsakanyanı vurub.
Bildirilir ki, qadın hamilə olub. O, xəstəxanada ölüb.
Qəza aprelin 26-da baş verib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, qəzanı törədən şəxs həbs edilib.

Son xəbərlər
Son Xəbərlər