Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan qadın aclığa başladı

pasinyanin-oglunu-qacirmaqda-ittiham-olunan-qadin-acliga-basladi
Oxunma sayı: 1942

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmaqda ittiham olunan Qayana Akopyan aclıq elan edib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Hayastan” fraksiyasının deputatı Aqnessa Hamoyan açıqlayıb. 

Onun sözlərinə görə, Q.Akopyan istintaq təcridxanasında olduğu müddət ərzində aclıq aksiyasını dayandırmayacağını bildirib. Qadının hazırda özünü pis hiss etdiyi qeyd olunub. 

Həmçinin oxuyun: В Азербайджане опрокинулась карета скорой помощи - Видео

В Баку прошла конференция GSMA M360 EURASIA 2023

Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb.