Paşinyanın partiyası yerli özünüidarəetmə seçkilərində liderdir

Paşinyanın partiyası yerli özünüidarəetmə seçkilərində liderdir
Oxunma sayı: 485

Oktyabrın 17-si Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sözügedən seçkilər 9 icmada baş tutub.

İlkin məlumatlara görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası Zəngəzur vilayətinin Tatev və Tex, həmçinin Tavuş vilayətinin Dilican icmalarında səslərin ən çoxunu toplayıb.

Bununla yanaşı, Şirak vilayətinin Gümrü icmasında “Balasanyan” blokunun, Zəngəzur vilayətinin Gorus icmasında isə “Aruş Aruşanyan” blokunun qalib gəldiyi bildirilir. Həmçinin “Respublika” partiyası Zəngəzur vilayətinin Mehri icmasında qalib gələn partiya olub.

Ermənistanın Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ölkənin digər müxtəlif icmalarında da bu il yerli özünüidarəetmə orqanlarına seçkilər noyabrın 14-ü və dekabrın 5-i keçiriləcək.