Paşinyanın qardaşı avtomobil qəzasına düşdü

pasinyanin-qardasi-avtomobil-qezasina-dusdu
Oxunma sayı: 2126

Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyan avtomobil qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.

Məlumata görə, hadisə Malatiya-Sebastiya rayonunda baş verib. Belə ki, şəxsiyyəti hələ ki açıqlanmayan bir şəxs Paşinyanın qardaşını avtomobillə vurub. Sürücünün hadisə yerindən qaçmadığı bildirilir.

Qəza zamanı sınıq xəsarətləri alan Armen Paşinyan xəstəxanaya yerləşdirilib.