Paşinyanın rəhbərliyi ilə təcili iclas keçirildi

pasinyanin-rehberliyi-ile-tecili-iclas-kecirildi
Oxunma sayı: 6430

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə təcili iclas keçirilib.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclas zamanı sərhəddəki son hadisələr müzakirə edilib. 

Həmçinin, iclasda Paşinyanın bazar günü Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşü haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.