Paşinyanın saytına “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı - Video

pasinyanin-saytina-qarabag-azerbaycandir-ve-nida-isaresi-yazildi
Oxunma sayı: 6503

Bu gün azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistanın Baş Naziri Nikol Paşinyanın rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.

"Qafqazinfo"nun xəbərinə görə, hücum nəticəsində veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.

Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib.