Paşinyanın səfərinə etiraz edən 6 nəfər saxlanıldı

pasinyanin-seferine-etiraz-eden-6-nefer-saxlanildi
Oxunma sayı: 2529

Ermənistan polisi Eçmiədzində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Daxili İşlər Nazirliyi yayıb. 

Bundan əvvəl isə, Ermənistan mediası həmin şəhərdə yerli məktəblərdən birinin qarşısında ölkənin Baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyasının keçirildiyini və polis tərəfindən etirazçıların saxlanıldığını yazıb. Paşinyanın yaxın saatlarda qarşısında aksiya keçirilən məktəbə səfər edəcəyi bildirilir. 

Xatırladaq ki, bir neçə gündür Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları keçirilir.