Paşinyanın Zəngəzura səfəri etirazla qarşılanıb

pasinyanin-zengezura-seferi-etirazla-qarsilanib
Oxunma sayı: 2957

Ermənistanın Sünik bölgəsində (Zəngəzur - red.) Baş nazir Nikol Paşinyanın gəlişinə qarşı etiraz aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib. 

Etirazçılar küçələri bağlayaraq Paşinyanın kortecinin keçməsinə icazə vermirlər.

Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.