Paşinyanın tərəfdarları ilə partiyasının üzvləri arasında dava - Video

pasinyanin-terefdarlari-ile-partiyasinin-uzvleri-arasinda-dava
Oxunma sayı: 1621

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca ölkə daxilində gərginlik artır.

“Qafqazinfo” xəbər verir ki, baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın tərəfdarlarının Yerevanın Malatiya-Sebastiya rayonundakı yürüşü zamanı əlbəyaxa dava olub.

Ermənistan mətbuatının yazdığına görə, dava Paşinyanın tərəfdarları ilə “Çiçəklənən Ermənistan” partiyasının qərargahının əməkdaşları arasında baş verib.

Qeyd edilir ki, hər şey mübahisə ilə başlayıb, tərəflər sonra yumruq davasına çıxıblar. Qarşıdurmaya polis əməkdaşları müdaxilə etməli olublar. Onlar dava iştirakçılarını ayırıblar.