Paşinyanla Boltonun telefon danışığı oldu - Qarabağdan danışmadılar

pasinyanla-boltonun-telefon-danisigi-oldu
Oxunma sayı: 972

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, işğalçı dövlətin baş naziri bu barədə sosial şəbəkədə yazıb: “Regional vəziyyət və ikitərəfli əlaqələri müzakirə etdik. Həm cənab Bolton, həm də mən Ermənistan-ABŞ münasibətlərinin vacibliyini qeyd etdik. Münasibətlərimizin gələcək inkişafına dair müzakirələri davam etdirmək barədə razılaşdıq. Dağlıq Qarabağ məsələsi müzakirə olunmadı”.