Paşinyanla Putinin görüş tarixi açıqlandı

pasinyanla-putinin-gorus-tarixi-aciqlandi
Oxunma sayı: 1562

Ermənistanın Baş naziri Nikol Paşinyan 7 apreldə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

O, bununla əlaqədar olaraq, hökumət başçısının 2 apreldən bəri özünü təcrid etdiyini bildirib.

Xatırladaq ki, Paşinyanla Putin sonuncu dəfə cari ilin 11 yanvarında Moskvada görüşüblər.