“Pasiyentlərə ehtiyacdan artıq dərman yazılır”

pasiyentlere-ehtiyacdan-artiq-derman-yazilir
Oxunma sayı: 1853

“Dərmanların ticarət adının yazılması bir çox problemlərə yol açır. Elə həkimlər var ki, şəxsi maraqlar üçün firma dərmanlarını pasiyentlərə gərəksiz yerə çox yazır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin iclasında bildirib.

O vurğulayıb ki, “elektron resept”in tətbiqi bir çox neqativ halların qarşısını alacaq: “”Elektron resept”in proqram təminatının 95 %-i hazırdır. İlk olaraq Bakı və bir neçə regionu sistemə qoşub bundan sonra ucqar kəndlərdə də bu tətbiqin istifadəsində israrlıyıq”.

Zaur Mirzə

Həmçinin oxuyun: "Сильного землетрясения быть не может" - Гурбан Етирмишли