“Pasport boş şeydir, 6 aydır maaş almıram” - - Mahir Şükürov

pasport-bos-seydir-6-aydir-maas-almiram-
Oxunma sayı: 1286


“Qafqazinfo” xəbər verir ki, bu məsələ ilə bağlı Şükürov sportal.az-a açıqlama verib: "Pasport məsələsi boş şeydi. Əslində məsələ tam başqadır. Belə ki, "Karşıyaka"dan 6 aydır ki, maaş almıram. Mən millinin Malta ilə matçına gələndə onlara bildirmişdim ki, əgər maaşımı verməyəcəksinizsə, geri dönməyəcəm. Bakıda olanda mənə zəng edib bildirdilər ki, gəl maaşını verəcəyik. Məsələni baş məşqçi Ayhan Akmana danışdım və dedim ki, sizə də "6 ay maaş verməsələr, siz də işləmərsiniz”. Akman isə bunun qarşılığında bizimlə olmaq istəmirsənsə, sənə fərdi proqram verim onunla çalış dedi. Mən də bununla razılaşmadım. Qaldı ki, pul məsələsinə görə, artıq Türkiyə Futbol Federasiyasına müraciət etmişəm. 5-ci gün hər şey məlum olacaq, ya pulu ödəyəcəklər, ya da sərbəst statuslu futbolçu olacam".