“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı Aleksandr Qlatkov, Bakıdakı Rus Provaslav kilsəsinin baş keşişi Dolinin Protoevey Antonii və digər dəvət olunanlar iştirak edirdilər. Çıxış edən Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin Azərbaycanı tolerantlığın yüksək səviyyədə olduğu bir ölkə olduğu fikrini səsləndirib. Qeyd edib ki, ölkədə milli azlıqların öz milli-mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb, rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olması dövlət tərəfindən daim dəstəklənməsi və bu sahədə görülən işlərin genişlənməsi hər birimizi öz vətənimizdəki kimi hiss etməyimizə əminlik hissi yaradır. Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Pasxa bayramı münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından təbrik edərək, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər