“Patı” çəkərkən həbs edilən bloqerlə bağlı DİN-dən - Açıqlama+Video

pati-cekerken-hebs-edilen-bloqerle-bagli-din-den
Oxunma sayı: 4352

Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini olan bloqer Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib.

C.Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib.