“Patı” ilə tutulan çempiona hökm oxundu

pati-ile-tutulan-cempiona-hokm-oxundu
Oxunma sayı: 2361

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, F.Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. O, kikboks üzrə Azərbaycan çempionu, Beynəlxalq turnirlərin qalibi olub.

Amin Nəzərli