Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan idmançılarından 4-ü mübarizəyə qoşulacaq.
Kişilər
68 kq çəkidə Ayxan Tağızadə 1/4 finaldan başlayacaq. Onun rəqibi Nurmurat Berkeliyev (Türkmənistan) - Ruhulla Nikpa (Əfqanıstan) cütünün qalibi olacaq.
80 kq-da Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beiqi Harçeqani İyaz Əhməd (Pakistan) - Məcid Almabruk (Səudiyyə Ərəbistan) cütünün qalibi ilə üz-üzə gələcək.
+87 kq-da Rio-2106-nın çempionu Radik İsayev 1/4 finalda pakistanlı Adil Şahla qarşılaşacaq.
Qadınlar
49 kq-da Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova yarımfinaldan yarışa baçlayacaq. O, Layan Cabir (Fələstin) - Yusra Əl-Şükri (Oman) cütünün qalibi ilə yarışacaq.
67 kq-da Fəridə Əzizova 1/4 finalda iranlı Parisa cavadikuçaksareylə üz-üz gələcək.
***
Milad Beiqi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistandan olan idmançı Məcid Almabruku məğlub edib. O, 21:2 hesablı qələbə ilə yarımfinala adlayıb.
Fəridə Əzizova da iranlı rəqibinə 10:4 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
***
Patimat Abakarova 1/4 finalda Layan Cabirə qalib gələrək yarımfinala adlayıb.
Ayxan Tağızadə əfqanıstanlı Ruhulla Nikpaya 28:14 qalib gələrək yarımfinala adlayıb.
***
Radik İsayev 1/4 finalda Adil Şaha 34:8 hesabı ilə qalib gələrək finala adlayıb.
***
Taekvandoda Patimat Abakarova yarımfinalda Südabə Pursadiqini məğlub edərək finala adlayıb.
***
Qızıl medal uğrunda mübarizədə Patimat Abakarova qazaxıstanlı Aynur Yasbergenova ilə döyüşüb. Final görüşündə də ciddi müqavimətlə üzləşməyən taekvondoçumuz (14:4) İslamiadanı qızıl medalla başa vurub.
***
Milad Beiqi harçeqani yarımfinalda Əirza Dərvişpuru məğlub edərək finala adlayıb
***
Fəridə Əzizova da finala adlayıb. O, yarlmfinalda özbəkistanlı Nigora Tursunkulovadan üstün olub






Son xəbərlər
Son Xəbərlər