“Patı”nı təbliğ edən şəxs tutuldu

patini-teblig-eden-sexs-tutuldu
Oxunma sayı: 1687

Abşeron rayonu Qobu və Novxanı qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Novxanı qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Paşayev də saxlanılıb. Onun üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metafetamin aşkar olunub.

Əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd patron, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxs ifadəsində üzərindən aşkar olunan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. Həmçinin, Mirzəcan Babayevin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobuda bir neçə oğurluq hadisələri törətdiyi də məlum olub.