Patruşev iranlı həmkarı ilə danışıqlar apardı - Video - Yenilənib

patrusev-iranli-hemkari-ile-danisiqlar-apardi
Oxunma sayı: 1333

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada iranlı həmkarı Əli Əkbər Əhmədian ilə danışıqlar aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

***

Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin məlumatına görə, tərəflər görüş zamanı Qərbin sanksiyaları fonunda iqtisadi təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Bununla yanaşı, Patruşev Əhmədianla iki ölkə arasında yeni hərtərəfli və uzunmüddətli sazişin hazırlanması ətrafında fikir mübadiləsi aparıb.