Patruşevlə Sallivanın telefon danışığı oldu

patrusevle-sallivanin-telefon-danisigi-oldu
Oxunma sayı: 1344

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevun ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

“Nikolay Patruşev və Ceykob Sallivan Rusiya-ABŞ münasibətlərinin vəziyyəti və perspektivlərini, habelə Rusiya və ABŞ prezidentləri arasında görüşün mümkünlüyünü müzakirə ediblər”, - deyə məlumatda bildirilir.